Geri

29 oktyabr 2017-ci il saat 08:00-dək, ilkin məlumata əsasən:

Salyan rayonunun Qarabağlı kəndində ikimərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

29 oktyabr 2017-ci il saat 07:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

29 oktyabr 2017-ci il saat 01:00-dək, ilkin məlumata əsasən:

Xızı rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrikində elekrtik naqilləri yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülnüşdür.