Geri

17 oktyabr 2017-ci il saat 18:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Daşkəsən şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

17 oktyabr 2017-ci il saat 18:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşların liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

17 oktyabr 2017-ci il saat 13:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1934-cü il təvəllüdlü Nəsirova Həsrət İskəndər qızınıncəsədini aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Geri

17 oktyabr 2017-ci il saat 13:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

17 oktyabr 2017-ci il saat 08:30-dək:

Saatlı rayonunun Qara Nuru kəndində ikimərtəbəli evin birinci mərtəbəsinin tavanı və ev əşyaları 70 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 oktyabr 2017-ci il saat 02:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda mənzildə civə tərkibli termometr sınmış və civə ətrafa dağılmışdır. Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Radiasiya və Kimya laboratoriyasının mütəxəssisləri tərəfindən çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat başa çatmışdır.