Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda inzibati binanın liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlu liftin şaxtasına yıxılmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri O.Əhmədovun cəsədini şaxtadan çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə civə tərkibli termometr sınmış və civə ətrafa dağılmışdır. Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Radiasiya və Kimya laboratoriyasının mütəxəssisləri tərəfindən çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat başa çatmışdır.
Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 60 m2 olan mağazanın lambirdən ibarət tavanı, divar üzlüyü 4 m2 sahədə, geyim malları 2 m2 sahədə və kondisioner yanmışdır. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Cənub Regional Mərkəzin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.
Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 150 m² olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və həyətində olan “Qaz” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdaki evlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.