Geri

16 oktyabr 2017-ci il saat 09:20-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Cənub Regional Mərkəzin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

16 oktyabr 2017-ci il saat 07:00-dək:

Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 150 m² olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və həyətində olan “Qaz” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdaki evlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.