Geri

15 oktyabr 2017-ci il saat 19:00-dək:

Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 105 m² olan 3 otaqlı mənzildə ev əşyaları 6 m² sahədə yanmışdır. Mənzil yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Tap Qaraqoyunlu kəndində 5 ton ot bağlamasının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 oktyabr 2017-ci il saat 18:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

15 oktyabr 2017-ci il saat 12:15-dək:

Masallı rayonunun Təklə kəndində ümumi sahəsi 80 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 16 m² sahədə və tövlənin içərisinə yığılmış 2 ton ot bağlamasının 1 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur.Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 oktyabr 2017-ci il saat 11:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.

Geri

15 oktyabr 2017-ci il saat 07:00-dək:

Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 80 molan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü 70 msahədə yanmışdır. Evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur.Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.