Geri

14 oktyabr 2017-ci il saat 16:30-dək:

Lənkəran rayonu ərazisində ümumi sahəsi 500 molan, bitişik tikilmiş, taxta konstruksiyalardan ibarət, ofisin, restoranın, camaşırxananın yanar konstruksiyaları 400 msahədə və 2 ədəd generator yanmışdır. Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 oktyabr 2017-ci il saat 14:30-dək:

Neftçala rayonu, Astanlı kəndində ümumi sahəsi 110 molan birmərtəbəli, 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdam rayonu, Quzanlı qəsəbəsində ümumi sahəsi 192 mbirmərtəbəli 4 otaqlı evin yanar konstruksiyasi və əşyaları yanmışdır. Ev əşyalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 oktyabr 2017-ci il saat 04:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.