Geri

31 yanvar 2017-ci il saat 23:50-dək, ilkin məlumata əsasən:

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 26 m² olan taxta konstruksiyalardan ibarət 2 otaqlı evin 1 otaqının tavanı 4 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 yanvar 2017-ci il saat 22:45-dək, ilkin məlumata əsasən:

Abşeron rayonunda vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin salonu və mühərriki qismən yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 yanvar 2017-ci il saat 17:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:21-də başa çatmışdır.
Geri

31 yanvar 2017-ci il saat 13:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 m² olan birmərtəbəli, 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 yanvar 2017-ci il saat 08:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 40 p.m və 1-ci mərtəbənin pilləkən qəfəsində quraşdırılmış 6 ədəd elektrik sayğacı yanmışdır. Yanğın zamanı 5 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili yardım xidmətinə təhvil verilmiş və 30 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunmuşdur. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.