Geri

03 yanvar 2017-ci il saat 17:30-dək, ilkin məlumata əsasən:

Şəmkir rayonunda vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 7 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan rayonu, Uluxanlı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 7 ton ot tayasının 1 tonu yanmışdır. Ot tayasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba yolunun 129-cu km-də, Şabran rayonu ərazisində “PRADO” markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 16:13-də başa çatmışdır.

Geri

03 yanvar 2017-ci il saat 15:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai  rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 13:50-də başa çatmışdır.

Geri

03 yanvar 2017-cı il saat 10:00-dək, ilkin məlumata əsasən:

Bakı-Qazax yolunun 195-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində, Səhiyyə Nazirliyinə məxsus Kürdəmir rayon Təcili Tibbi Yardım Stansiyasının “Qazel” markalı avtomobili ilə vətəndaşa məxsus “Kamaz” markalı yük avtomobili toqquşmuş və yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Yanğın nəticəsində “Qazel” markalı avtomobilin yanar hissələri yanmışdır. “Kamaz” markalı yük avtomobili yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

03 yanvar 2017-cı il saat 09:00-dək, ilkin məlumata əsasən:

Ucar rayonu, Qazyan kəndində vətəndaşa məxsus həyətyanı sahədə yerləşən ümumi sahəsi 280 m2 olan talvarın yanar konstruksiyaları 80 m2 sahədə və altına yığılmış 4 ton ot bağlaması yanmışdır. Talvarın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

03 yanvar 2017-cı il saat 08:10-dək, ilkin məlumata əsasən:

Masallı rayonu, Qasımlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 50 m2 sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

03 yanvar 2017-cı il saat 07:30-dək, ilkin məlumata əsasən:

Ağcabədi rayonu,Hindarx kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin 2 otağının, mətbəxinin yanar konstruksiyaları 76 m2 sahədə və dam örtüyü 100 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 m2 sahədə və dam örtüyü 40 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.