Geri

29 yanvar 2017-ci il saat 21:10-dək, ilkin məlumata əsasən:

Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 15 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 yanvar 2017-ci il saat 20:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1925-ci il təvəllüdlü Həsənova Suriyə Ağabala qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 19:02-də başa çatmışdır.

Geri

29 yanvar 2017-ci il saat 19:30-dək, ilkin məlumata əsasən:

Şəki rayonu, Orta Zəyzid kəndində vətəndaşa məxsus ümumi sahəsi 55 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyası və damına yığılmış 5 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 yanvar 2017-ci il saat 16:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 4 m2 olan plastik materialdan ibarət gözətçi köşkün yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı mədən ərazisi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Xırdalan şəhərində 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:52-də başa çatmışdır.

Geri

29 yanvar 2017-ci il saat 11:15-dək, ilkin məlumata əsasən:

Qax rayonu, Almalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan tövlənin çardağınının yanar konstruksiyaları və çardağına yığılmış 3 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 yanvar 2017-ci il saat 08:30-dək, ilkin məlumata əsasən:

Ucar rayonu, Qazıqumlaq kəndində vətəndaşa məxsus "CAT" markalı ekskavatorun 2 ədəd arxa təkəri və kabina hissəsi yanmışdır. Ekskavatorun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Kebeloba kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə və bir otağının tavanı 25 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.