Geri

29 yanvar 2017-ci il saat 16:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 4 m2 olan plastik materialdan ibarət gözətçi köşkün yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı mədən ərazisi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Xırdalan şəhərində 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:52-də başa çatmışdır.

Geri

29 yanvar 2017-ci il saat 11:15-dək, ilkin məlumata əsasən:

Qax rayonu, Almalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan tövlənin çardağınının yanar konstruksiyaları və çardağına yığılmış 3 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 yanvar 2017-ci il saat 08:30-dək, ilkin məlumata əsasən:

Ucar rayonu, Qazıqumlaq kəndində vətəndaşa məxsus "CAT" markalı ekskavatorun 2 ədəd arxa təkəri və kabina hissəsi yanmışdır. Ekskavatorun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Kebeloba kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə və bir otağının tavanı 25 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.