Geri

29 yanvar 2017-ci il saat 08:30-dək, ilkin məlumata əsasən:

Ucar rayonu, Qazıqumlaq kəndində vətəndaşa məxsus "CAT" markalı ekskavatorun 2 ədəd arxa təkəri və kabina hissəsi yanmışdır. Ekskavatorun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Kebeloba kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə və bir otağının tavanı 25 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.