Geri

28 yanvar 2017-ci il saat 13:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 12:35-də başa çatmışdır.

Geri

28 yanvar 2017-ci il saat 12:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə Mingəçevir şəhərində mənzildə 1 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlını valideyinlərinə təhvil vermişlər. Əməliyyat saat 10:19-da başa çatmışdır.

Geri

28 yanvar 2017-ci il saat 09:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhəri Şirvan su kanalında 1 nəfərin batması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışına başlamışlar. Əlavə məlumat veriləcək.

Geri

28 yanvar 2017-ci il saat 08:45-dək, ilkin məlumata əsasən:

Şəmkir rayonunda vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 30 m² olan vaqonun taxta üzlüyü yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 yanvar 2017-ci il saat 04:00-dək, ilkin məlumata əsasən:

Şəki rayonu, Turan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 81 m2 olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılmış 8 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 yanvar 2017-ci il saat 01:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.