Geri

28 yanvar 2017-ci il saat 12:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə Mingəçevir şəhərində mənzildə 1 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlını valideyinlərinə təhvil vermişlər. Əməliyyat saat 10:19-da başa çatmışdır.

Geri

28 yanvar 2017-ci il saat 09:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhəri Şirvan su kanalında 1 nəfərin batması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışına başlamışlar. Əlavə məlumat veriləcək.

Geri

28 yanvar 2017-ci il saat 08:45-dək, ilkin məlumata əsasən:

Şəmkir rayonunda vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 30 m² olan vaqonun taxta üzlüyü yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 yanvar 2017-ci il saat 04:00-dək, ilkin məlumata əsasən:

Şəki rayonu, Turan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 81 m2 olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılmış 8 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 yanvar 2017-ci il saat 01:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.