Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhəri Şirvan su kanalında 1 nəfərin batması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışına başlamışlar. Əlavə məlumat veriləcək.
Şəmkir rayonunda vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 30 m² olan vaqonun taxta üzlüyü yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Şəki rayonu, Turan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 81 m2 olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılmış 8 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.