Geri

02 yanvar 2017-cı il saat 23:00-dək, ilkin məlumata əsasən:

Zərdab rayonu, Qoruqbağı kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 24 m2 sahədə və dam örtüyü 12 m2 sahədə yanmışdır. Yanğından evin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 22:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 yanvar 2017-ci il saat 20:25-dək, ilkin məlumata əsasən:

Masallı rayonu, Tatyanoba kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə və damına yığılmış 4 ton ot bağlamasının 3 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 yanvar 2017-cı il saat 09:00-dək, ilkin məlumata əsasən:

Zaqatala rayonu, Əliabad qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 88 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 10 m2 sahədə və damına yığılmış 8 ton ot bağlamasının 1 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Qarqucaq kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 14 ton ot bağlamasının 6 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Keçili kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan köməkçi tkilinin dam örtüyünün yanar konstruksiyaları 40 m2 sahədə və damına yığılmış 4 ton ot bağlamasının 3 tonu yanmışdır. Tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən "Azərsığorta" şirkətinə məxsus ümumi sahəsi 50 m2 olan 1 otağında 6 m2 sahədə arxiv sənədləri yanmış və yüksək temperaturdan lambirdən ibarət tavan 10 m2 sahədə ərimişdir. Sığorta şirkətinin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda tikintisi başa çatmamış, səkkizmərtəbəli yaşayış binasının 7 və 8-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan 5 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları, 7-ci mərtəbədə vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları və 8-ci mərtəbədə digər vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzilin lambirdən ibarət tavanı 4 m2 sahədə (ümumi 144 m2) yanmışdır. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 54 m2 olan taxta konstruksiyadan ibarət, birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 10 m2 sahədə və bir otağında ev əşyaları 10 m2 sahədə yanmışdır. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilmişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 yanvar 2017-cı il saat 00:15-dək, ilkin məlumata əsasən:

Masallı rayonu, Güllütəpə kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə və damına yığılmış 6 ton ot bağlamasının 3 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Qasımlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 216 m2 olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın tavanı 6 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.