Geri

16 yanvar 2017-ci il saat 08:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 07:21-də başa çatmışdır. 

Geri

16 yanvar 2017-ci il saat 07:00-dək, ilkin məlumata əsasən:

Qaradağ rayonu, Qobustan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 430 m2 olan birmərtəbəli mərasim evinin lambirdən ibarət tanavı 15 m2 sahədə, 10 ədəd stul və 1 ədəd kondisioner yanmışdır. Mərasim evinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 yanvar 2017-ci il saat 06:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xətai rayonunda yeni tikilən (hazırda yaşayış yoxdur) altımərtəbəli yaşayış binasının şaxtasından keçən 1-ci mərtəbəsindən 4-cü mərtəbəsinə kimi 12 p.m elektrik kabeli yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.