Geri

15 yanvar 2017-ci il saat 22:10-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xetai rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 21:50-də başa çatmışdır. 

Geri

15 yanvar 2017-ci il saat 20:45-dək, ilkin məlumata əsasən:

İmişli rayonu, Qulubəyli kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 13 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 yanvar 2017-ci il saat 19:00-dək, ilkin məlumata əsasən:

Bərdə rayonu, Qarağacı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3,5 ton ot bağlamasının 1,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 yanvar 2017-ci il saat 18:00-dək, ilkin məlumata əsasən:

Ağcabədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 42 m2 olan qarajın çardağının yanar konstruksiyaları 15 m2 sahədə yanmışdır. Qarajın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 yanvar 2017-ci il saat 16:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşı quyudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 14:40-da başa çatmışdır. 

Geri

15 yanvar 2017-ci il saat 16:00-dək, ilkin məlumata əsasən:

Cəlilabad rayonu, Günəşli kəndində vətəndaşa məxsus ümumi sahəsi 75 m2 olan talvarın yanar konstruksiyaları 30 m2 sahədə və talvarın altına yığılmış 6 ton ot bağlamasının 2 tonu yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 yanvar 2017-ci il saat 07:00-dək, ilkin məlumata əsasən:

Yevlax rayonu, Tanrıqulular kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan tövlənin yanar konstruksiyaları, çardağına yığılmış 5 ton ot bağlamasının 1 tonu və yaxınlıqda tikilmiş ümumi sahəsi 30 m2 olan digər tövlənin dam örtüyünün yanar konstruksiyaları 10 m2 sahədə yanmışdır. Ot bağlamasının qalan hissəsi və digər tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan birmərtəbəli, 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və dam örtüyü 53 m2 sahədə və ona bitişik tikilmiş vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan birmərtəbəli, 2 otaqlı evin dam örtüyü 15 m2 sahədə yanmışdır. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1958-ci il təvəllüdlü İsmayılov Nəriman Vəli oğlunun yanmış meyiti aşkarlanmışdır. Evlərin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 yanvar 2017-ci il saat 02:30-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində 5 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 9 ədəd elektrik sayğacı yanmışdir. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:27-də yanğınsöndürənlər tərəfindən əl yanğınsöndürmə qurğusu vasitəsi ilə söndürülmüşdür.

Geri

15 yanvar 2017-ci il saat 00:00-dək, ilkin məlumata əsasən:

Füzuli rayonu, Üçüncü Zobucuq qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış  5 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə,  Bakı şəhəri, Yasamal rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 21:50-da başa çatmışdır.