Geri

15 yanvar 2017-ci il saat 00:00-dək, ilkin məlumata əsasən:

Füzuli rayonu, Üçüncü Zobucuq qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış  5 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə,  Bakı şəhəri, Yasamal rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 21:50-da başa çatmışdır.