Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda 2 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 17:20-də başa çatmışdır;
Bərdə rayonu, Mollalı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 37 ton ot bağlamasının 10 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində vətəndaşa məxsus ümumi sahəsi 165 m2 olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları, ev əşyaları və dam örtüyü 60 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:21-də başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda evdə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq evin qapısını açmış və vətəndaşı aidiyyati üzrə təhvil vermişlər. Əməliyyat saat 12:15-də başa çatmışdır.
Sabirabad rayonu, Surra kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan birmərtəbəli, 4 otaqlı evin bir otağında qamışdan ibarət tavan 6 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Masallı ryonu, Digah kəndində vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobilinin kabina hissəsi yanmışdır. Yük avtomobilinin qalan hissəsi və yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 22:52-də başa çatmışdır.
Bakı şəhəri, Yasamal rayonunda "TOFAŞ" markalı, minik avtomobilinin mühərrikinin yanar hissələri və idarəetmə lövhəsi yanməşdır. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.