Geri

14 yanvar 2017-ci il saat 13:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda evdə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq evin qapısını açmış və vətəndaşı aidiyyati üzrə təhvil vermişlər. Əməliyyat saat 12:15-də başa çatmışdır.

Geri

14 yanvar 2017-ci il saat 08:20-dək, ilkin məlumata əsasən:

Sabirabad rayonu, Surra kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan birmərtəbəli, 4 otaqlı evin bir otağında qamışdan ibarət tavan 6 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 yanvar 2017-ci il saat 01:50-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1946-cı il təvəllüdlü Adıgözəlov Fariz Əbdülrəhman oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 23:42-də başa çatmışdır.
Geri

14 yanvar 2017-ci il saat 01:15-dək, ilkin məlumata əsasən:

Masallı ryonu, Digah kəndində vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobilinin kabina hissəsi yanmışdır. Yük avtomobilinin qalan hissəsi və yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 yanvar 2017-ci il saat 01:10-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 22:52-də başa çatmışdır.

Geri

14 yanvar 2017-ci il saat 00:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Yasamal rayonunda "TOFAŞ" markalı, minik avtomobilinin mühərrikinin yanar hissələri və idarəetmə lövhəsi yanməşdır. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.