Geri

14 yanvar 2017-ci il saat 01:10-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 22:52-də başa çatmışdır.

Geri

14 yanvar 2017-ci il saat 00:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Yasamal rayonunda "TOFAŞ" markalı, minik avtomobilinin mühərrikinin yanar hissələri və idarəetmə lövhəsi yanməşdır. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.