Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlını valideynlərinə təhvil vermişlər. Əməliyyat saat 20:44-də başa çatmışdır.
Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan birmərtəbəli, 4 otaqlı evin mətbəxində taxta və lambirdən ibarət tavan 9 m2 sahədə və əşyalar 2 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:11-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobilinin mühərrikinin yanar hissələri yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlını valideynlərinə təhvil vermişlər. Əməliyyat saat 18:28-də başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 14:40-də başa çatmışdır.
Kürdəmir rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan birmərtəbəli 2 otaq və aynəbənddən ibarət evin bir otağın tavanı 2 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 300 m2 olan birmərtəbıli 4 otaqlı evin zirzəmisində 16 m2 sahəyə yığılmış əşyalar yanmışdır. Ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Yevlax rayonu, Ərəş kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan talvarın altına yığılmış 1 ton ot bağlamasının 400 kq-ı yanmışdır. Talvar və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1938-ci il təvəllüdlü Namazov Hidayət Hədibulla oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 12:45-də başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 11:21-də başa çatmışdır.
Şəki rayonu, Baş Göynük kəndində vətəndaşa məxsus ümumi sahəsi 108 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 8 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 08.40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Biləsuvar rayonu, Cürəli kəndində vətəndaşa məxsus ümumi sahəsi 84 m² olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 75 ton ot bağlamasının 25 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 08.25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Şabran rayonunda vətəndaşa məxsus ümumi sahəsi 168 m² olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 48 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06.55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Gəncə şəhəri, Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin 1 otaqı 24 m² sahədə və ev əşyaları yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04.50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:32-də başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:02-də başa çatmışdır.