Geri

01 yanvar 2017-cı il saat 12:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 11:21-də başa çatmışdır. 

Geri

01 yanvar 2017-cı il saat 09:00-dək, ilkin məlumata əsasən:

Şəki rayonu, Baş Göynük kəndində vətəndaşa məxsus ümumi sahəsi 108 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 8 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 08.40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 yanvar 2017-cı il saat 08:45-dək, ilkin məlumata əsasən:

Biləsuvar rayonu, Cürəli kəndində vətəndaşa məxsus ümumi sahəsi 84 m² olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 75 ton ot bağlamasının 25 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 08.25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 yanvar 2017-cı il saat 08:00-dək, ilkin məlumata əsasən:

Şabran rayonunda vətəndaşa məxsus ümumi sahəsi 168 m² olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 48 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06.55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 yanvar 2017-cı il saat 07:00-dək, ilkin məlumata əsasən:

Gəncə şəhəri, Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin 1 otaqı 24 m² sahədə və ev əşyaları yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04.50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 yanvar 2017-cı il saat 02:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:32-də başa çatmışdır.

Geri

01 yanvar 2017-cı il saat 01:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:02-də başa çatmışdır.