Geri

30 sentyabr 2016-cı il saat 07:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 8 m2 olan dəmir konstruksiyalardan ibarət ambarın içərisində olan geyim əşyaları 4 m2 sahədə yanmışdır. Yüksək temperaturdan ambara bitişik ümumi sahəsi 21 m2 olan geyim mağazasının lambirdən ibarət tavanı ərimişdir. Ambarın, mağazanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 sentyabr 2016-cı il saat 03:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 02:30-da başa çatmışdır. ​

Geri

30 sentyabr 2016-cı il saat 00:10-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda “Toyota” markalı minik avtomobilinin yolun kənarındakı işıq dirəyinə çırpılması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarmış və aidiyyatı üzrə təhvil vermişlər. Əməliyyat saat 23:26-da başa çatmışdır.