Geri

29 sentyabr 2016-cı il saat 21:00-dək, ilkin məlumata əsasən:

Salyan rayonu, Aşağı Noxudlu kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 7,5 ton ot bağlamasının 2,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 sentyabr 2016-cı il saat 14:55-dək, ilkin məlumata əsasən:

Balakən rayonu, Qasbinə kəndində vətəndaşa məxsus ümumi sahəsi 81 m2 olan kürsülü birmərtəbəli 5 otaqlı evin dam örtüyünün və 2 otağının yanar konstruksiyaları 31 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 sentyabr 2016-cı il saat 08:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 m² olan avtomobil təmir sexinin  lambirindən ibarət tavanı və dam örtüyünün yanar konstruksiyaları 8 m² sahədə yanmışdır. Sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m² olan meyvə-tərəvəz satışı mağazasında 1 ədəd kondisioner yanmışdır. Mağaza yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 sentyabr 2016-cı il saat 06:30-dək, ilkin məlumata əsasən:

28 sentyabr 2016-cı il tarixində yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolmuş, nəqliyyatın hərəkətində məhdudiyyət yaranmışdır.

Güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunmuşdur.

Aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən 17 nəfəri azyaşlı olmaqla ümumilikdə 35 nəfər təhlükəsiz əraziyə təxliyyə olunmuşdur.

Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir.

Geri

29 sentyabr 2016-cı il saat 03:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 22:45-də başa çatmışdır.

Geri

29 sentyabr 2016-cı il saat 03:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 22:26-da başa çatmışdır.

Geri

29 sentyabr 2016-cı il saat 01:00-dək, ilkin məlumata əsasən:

Masallı rayonu, Köcəkli kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 m2 sahədə və içərisinə yığılmış 12 ton ot bağlamasının 4 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.