Geri

26 sentyabr 2016-cı il saat 14:45-dək, ilkin məlumata əsasən:

26 sentyabr 2016-cı il tarixdə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxmışdır. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Vixır-5 və Vixır-7 yanğınsöndürmə gəmiləri özülə yan almış və təhlükəsizlik tədbirlərinin görülməsinə başlamışdır. Hazırda qaz təzahürünün qarşısının alınması istiqamətində işlər görülür. Əlavə məlumat veriləcək.

Geri

26 sentyabr 2016-cı il saat 07:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 30 m2 olan kafenin yanar konstruksiyaları, ona bitişik ümumi sahəsi 12 m2 olan taxta konstruksiyadan ibarət yardımçı tikilinin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 120 m2 olan ərzaq mağazasının dam örtüyünün yanar konstruksiyası 0,5 m2 sahədə  yanmışdır. Yüksək temperaturdan mağazasının lambirdən ibarət divar üzlüyü 0,5 m2 ərimişdir. Kafe, ərzaq mağazasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

26 sentyabr 2016-cı il saat 05:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 04:52-də başa çatmışdır. ​

Geri

26 sentyabr 2016-cı il saat 00:45-dək, ilkin məlumata əsasən:

Astara rayonu, Niləşə kəndində (rayon mərkəzindən 28 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 4 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.​