Geri

20 sentyabr 2016-cı il saat 12:30-dək, ilkin məlumata əsasən:

Füzuli rayonu, Şükürbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 96 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 77 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

20 sentyabr 2016-cı il saat 09:10-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyati üzrə təhvil vermişlər. Əməliyyat saat 07:56-da başa çatmışdır.