Geri

02 sentyabr 2016-cı il saat 11:30-dək, ilkin məlumata əsasən:

Salyan rayonu, Seyidsadıqlı kəndində vətəndaşa məxsus "ZİL" markalı yük avtomobilinin banına yığılmış 6 ton ot bağlamasının 3 tonu yanmışdır. Avtomobil və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Xırmandalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan tövlənin çardağının yanar konstruksiyaları 80 m2 sahədə və tövlənin içərisinə yığılmış 12 ton ot bağlamasının 2,5 tonu yanmışdır. Yanğından tövlənin və ot bağlamasının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 11:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 sentyabr 2016-cı il saat 11:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Niyazoba kəndində yağan leysan yağışları nəticəsində həyətyanı sahəni su basması və 3 nəfərin evdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşları təhlükəsiz əraziyə çıxarılmasını təmin etmişlər. Əməliyyat saat 08:00-da başa çatmışdır.

Geri

02 sentyabr 2016-cı il saat 09:00-dək, ilkin məlumata əsasən:

Ağsu rayonu, Yenilik kəndində bələdiyyəyə məxsus dağlıq ərazidə 10 ha sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı meşə ərazisi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdam rayonu, Paşalar kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhərində hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 300 m2 olan birmərtəbəli kino klubun içərisinə yığılmış məişət tullantıları və döşəməsi 20 m2 sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Kovlar kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan talvarın altına yığılmış 10 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və talvar yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 sentyabr 2016-cı il saat 08:20-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə 1 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 01:53-də başa çatmışdır.

Geri

02 sentyabr 2016-cı il saat 02:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qobustan rayonu, Bakı-Şamaxı yolunun 100-cü kilometrliyində “VAZ" markalı minik avtomobili yolun kənarında qazılmış xəndəyə aşmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 01:40-da başa çatmışdır.

Geri

02 sentyabr 2016-cı il saat 00:30-dək, ilkin məlumata əsasən:

Şəmkir rayonu, Kür qəsəbəsində transformatorun sarğıları və ətrafında 400 m2 sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Xuluf kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 125 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və həyətyanı sahəyə yığılmış 22 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.