Geri

02 sentyabr 2016-cı il saat 08:20-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə 1 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 01:53-də başa çatmışdır.

Geri

02 sentyabr 2016-cı il saat 02:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qobustan rayonu, Bakı-Şamaxı yolunun 100-cü kilometrliyində “VAZ" markalı minik avtomobili yolun kənarında qazılmış xəndəyə aşmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 01:40-da başa çatmışdır.

Geri

02 sentyabr 2016-cı il saat 00:30-dək, ilkin məlumata əsasən:

Şəmkir rayonu, Kür qəsəbəsində transformatorun sarğıları və ətrafında 400 m2 sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Xuluf kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 125 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və həyətyanı sahəyə yığılmış 22 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.