Geri

02 sentyabr 2016-cı il saat 00:30-dək, ilkin məlumata əsasən:

Şəmkir rayonu, Kür qəsəbəsində transformatorun sarğıları və ətrafında 400 m2 sahədə kol-kos yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Xuluf kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 125 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və həyətyanı sahəyə yığılmış 22 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.