Geri

19 sentyabr 2016-cı il saat 18:50-dək, ilkin məlumata əsasən:

İmişli rayonu, Cəfərli kəndində vətəndaşa məxsus “Kamaz” markalı yük avtomobilinin kabinə hissəsi, təkərləri və banına yığılmış 10 ton ot baglamasının 3 tonu yanmışdır. Avtomobilin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür; 

Bakı şəhəri, Suraxanı rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yaşayan, vətəndaşa məxsus ümumi sahəsi 48 m2 olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd çarpayı və yataq dəsti 3 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Masazır kəndində doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yaşayan, vətəndaşa məxsus ümumi sahəsi 42 m2 olan 1 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və mətbəx əşyaları 15 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonu, Moloja kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 8 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 33 m2 sahədə yanmışdır. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti almışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 17:50-də başa çatmışdır.

Geri

19 sentyabr 2016-cı il saat 13:50-dək, ilkin məlumata əsasən:

Salyan rayonu, Yuxarı Noxudlu kəndində vətəndaşa məxsus ümümi sahəsi 140 m2 olan tövlənin dam örtüyünə yığılmış 30 ton ot bağlamasının 15 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və tövlə yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

19 sentyabr 2016-cı il saat 11:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Yasamal rayonunda 16 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yaşayan, vətəndaşa məxsus ümumi sahəsi 96 m2 olan 2 otaqlı mənzilin hamamının yanar konstruksiyaları 3 m2 sahədə yanmışdır. Mənizlin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

19 sentyabr 2016-cı il saat 08:30-dək, ilkin məlumata əsasən:

Masallı rayonu, Qasımlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 288 m2 olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə, 2-ci mərtəbədə mətbəxin yanar konstruksiyaları və ev əşyaları 24 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

19 sentyabr 2016-cı il saat 00:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Mehdiabad qəsəbəsində, mənzildə 2 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlıları valideynlərinə təhvil vermişlər. Əməliyyat saat 23:27-də başa çatmışdır.