Geri

19 sentyabr 2016-cı il saat 11:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Yasamal rayonunda 16 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yaşayan, vətəndaşa məxsus ümumi sahəsi 96 m2 olan 2 otaqlı mənzilin hamamının yanar konstruksiyaları 3 m2 sahədə yanmışdır. Mənizlin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

19 sentyabr 2016-cı il saat 08:30-dək, ilkin məlumata əsasən:

Masallı rayonu, Qasımlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 288 m2 olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə, 2-ci mərtəbədə mətbəxin yanar konstruksiyaları və ev əşyaları 24 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

19 sentyabr 2016-cı il saat 00:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Mehdiabad qəsəbəsində, mənzildə 2 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlıları valideynlərinə təhvil vermişlər. Əməliyyat saat 23:27-də başa çatmışdır.