Geri

18 sentyabr 2016-cı il saat 12:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Cəlilabad rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlını aidiyyatı üzrə təhvil vermişlər. Əməliyyat saat 11:31-də başa çatmışdır.

Geri

18 sentyabr 2016-cı il saat 01:50-dək, ilkin məlumata əsasən:

Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 35 m2 olan köməkçi tikilinin qamışdan ibarət tavanı 8 m2 sahədə yanmışdır. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.