Geri

17 sentyabr 2016-cı il saat 21:50-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xəzər rayonunda “XƏZƏR” sanatoriyasının ərazisində beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin dəhlizində ev əşyaları 8 m2 sahədə yanmışdır. Yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 4 m2 sahədə ərimişdir. Digər mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 sentyabr 2016-cı il saat 21:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 20:19-da başa çatmışdır.

Geri

17 sentyabr 2016-cı il saat 14:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda 1 nəfərin köməyə ehtiyacı olması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq dərinliyi 5 metr və diametri 2 metr olan çuxura düşmüş vətəndaşı çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 13:03-də başa çatmışdır.

Geri

17 sentyabr 2016-cı il saat 12:25-dək, ilkin məlumata əsasən:

Bərdə rayonu, Qaraqoyunlu kəndində “Azərişıq” ASC-yə məxsus transformatorun içərisində olan yağı yanmışdır. Transformatorun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 sentyabr 2016-cı il saat 10:10-dək, ilkin məlumata əsasən:

13 sentyabr 2016-cı il tarixində Kür çayının Sabirabad rayonu, Narlıq kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 30 km aralı, nəzarətsiz ərazidə) batmış 1996-cı il təvəllüdlü Sevanə Polad qızı Qəhrəmanovanın cəsədi batdığı yerdən 10 km aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 09:12-də başa çatmışdır.​

Geri

17 sentyabr 2016-cı il saat 08:30-dək, ilkin məlumata əsasən:

Saatlı rayonu, Musalı kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus bir dam altında tikilmiş ümumi sahəsi 120 m2 olan tikilinin yanar konstruksiyaları və qamışdan ibarət dam örtüyü 50 m2 sahədə yanmışdır. Bitişik mağaza yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 sentyabr 2016-cı il saat 08:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nəsimi rayonu ikimərtəbəli kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində yaşayan, vətəndaşa məxsus ümumi sahəsi 125 m2 olan 5 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 9 msahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 sentyabr 2016-cı il saat 07:45-dək, ilkin məlumata əsasən:

Beyləqan rayonunda "ELTAC" MMC-yə məxsus fermanın ərazisinə yığılmış 56 ton ot bağlamasının 26 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı digər ot tayaları yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 sentyabr 2016-cı il saat 05:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonunda yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Yanğınsöndürən-xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış “Mercedes” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 03:00-da başa çatmışdır.

Geri

17 sentyabr 2016-cı il saat 01:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda 2 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:34-də başa çatmışdır.

Geri

17 sentyabr 2016-cı il saat 01:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda “İVECO” markalı avtobusla “Renault” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşdur. Xilasedicilər deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 23:31-də başa çatmışdır.