Geri

17 sentyabr 2016-cı il saat 07:45-dək, ilkin məlumata əsasən:

Beyləqan rayonunda "ELTAC" MMC-yə məxsus fermanın ərazisinə yığılmış 56 ton ot bağlamasının 26 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı digər ot tayaları yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 sentyabr 2016-cı il saat 05:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonunda yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Yanğınsöndürən-xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış “Mercedes” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 03:00-da başa çatmışdır.

Geri

17 sentyabr 2016-cı il saat 01:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda 2 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:34-də başa çatmışdır.

Geri

17 sentyabr 2016-cı il saat 01:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda “İVECO” markalı avtobusla “Renault” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşdur. Xilasedicilər deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 23:31-də başa çatmışdır.