Geri

16 sentyabr 2016-cı il saat 18:00-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində ümumi sahəsi 1500 m2 olan, bir dam altında tikilmiş bir mərtəbəli taxta konstruksiyalardan ibarət evin yanar konstruksiyaları və ev əşyaları 800 m2 sahədə yanmışdır. Evin qalan hissəsi və bitişik tikilmiş evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonu, Qandax kəndində vətəndaşa məxsus ümumi sahəsi 198 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından  mühafizə olunmuşdur. Yanğın saat 16:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 sentyabr 2016-cı il saat 14:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 13:30-da başa çatmışdır.

Geri

16 sentyabr 2016-cı il saat 14:00-dək, ilkin məlumata əsasən:

Şəmkir rayonu, Şiştəpə kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olmuşdur. Yanğın saat 12:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 sentyabr 2016-cı il saat 05:10-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində 1 nəfərin barmağındaki üzüyün sıxılaraq qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq üzüyü kəsmiş və vətəndaşın barmağından çıxararaq zərərçəkmişi aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 04:24-də başa çatmışdır.

Geri

16 sentyabr 2016-cı il saat 02:50-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan taxtadan ibarət evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 sentyabr 2016-cı il saat 01:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakl şəhəri, Nizami rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyati üzrə təhvil vermişlər. Əməliyyat saat 22:11-də başa çatmışdır.