Geri

15 sentyabr 2016-cı il saat 22:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda 2 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 21:13-də başa çatmışdır.

Geri

15 sentyabr 2016-cı il saat 12:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 m2 olan meyvə-tərəvəz mağazasının dam örtüyü 2 m2 sahədə yanmışdır. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 sentyabr 2016-cı il saat 06:25-dək, ilkin məlumata əsasən:

Ismayıllı rayonu, Qaraqaya kəndində vətəndaşa məxsus ümumi sahəsi 162 m2 olan birmərtəbəli 4 otaqdan ibarət evin 1 otağının tavanı 12 m2 sahədə və evə bitişik ümumi sahəsi 72 m2 olan talvarın dam örtüyünün yanar konstruksiyaları və altına yığılmış 10 ton ot bağlamasının 3 tonu, 1 ton buğda, 1 ton arpa yanmışdır. Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 sentyabr 2016-cı il saat 03:15-dək, ilkin məlumata əsasən:

Salyan rayonunda, yol istismar şirkətinə məxsus "Vərdənən" markalı traktorun mühərrik hissəsi yanmışdır. Traktorun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.