Geri

15 sentyabr 2016-cı il saat 12:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 m2 olan meyvə-tərəvəz mağazasının dam örtüyü 2 m2 sahədə yanmışdır. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 sentyabr 2016-cı il saat 06:25-dək, ilkin məlumata əsasən:

Ismayıllı rayonu, Qaraqaya kəndində vətəndaşa məxsus ümumi sahəsi 162 m2 olan birmərtəbəli 4 otaqdan ibarət evin 1 otağının tavanı 12 m2 sahədə və evə bitişik ümumi sahəsi 72 m2 olan talvarın dam örtüyünün yanar konstruksiyaları və altına yığılmış 10 ton ot bağlamasının 3 tonu, 1 ton buğda, 1 ton arpa yanmışdır. Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 sentyabr 2016-cı il saat 03:15-dək, ilkin məlumata əsasən:

Salyan rayonunda, yol istismar şirkətinə məxsus "Vərdənən" markalı traktorun mühərrik hissəsi yanmışdır. Traktorun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.