Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyati üzrə təhvil vermişlər. Əməliyyat saat 21:30-da başa çatmışdır.
Sabirabad rayonu, Nərimankənd kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 12 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Şəmkir rayonu, Qaraqoyunlu kəndində vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan birmərtəbəli 3 otaqdan ibarət evin yanar konstruksiyaları və damına yığılmış 2,5 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Xaçmaz kəndində, vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3,5 ton ot bağlamasının 1,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Sumqayıt şəhərində, çoxmənzilli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 115 m2 olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m2 sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Xızı rayonunda, Giləzi qəsəbəsi ərazisində 130 ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 m2 olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 90 m2 sahədə, içərisində 1 ədəd soyuducu və 1 ədəd kondisioner yanmışdır. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən hər birinin həcmi 70 litr olan 5 ədəd boş propan qaz balonu təhlükəsiz əraziyə çıxarılmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Göygöl rayonunda vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Sabirabad rayonu, Narlıq kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılmışdır. Əlavə məlumat veriləcək.
Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 15 m2 olan birmərtəbəli 1 otaqlı evdə 1 ədəd çarpayı yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.