Geri

14 sentyabr 2016-cı il saat 20:00-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində, çoxmənzilli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 115 m2 olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m2 sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xızı rayonunda, Giləzi qəsəbəsi ərazisində 130 ha sahədə quru ot yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 sentyabr 2016-cı il saat 15:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 m2 olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 90 m2 sahədə, içərisində 1 ədəd soyuducu və 1 ədəd kondisioner yanmışdır. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən hər birinin həcmi 70 litr olan 5 ədəd boş propan qaz balonu təhlükəsiz əraziyə çıxarılmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 sentyabr 2016-cı il saat 11:10-dək, ilkin məlumata əsasən:

Göygöl rayonunda vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 sentyabr 2016-cı il saat 07:50-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Sabirabad rayonu, Narlıq kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılmışdır. Əlavə məlumat veriləcək.

Geri

14 sentyabr 2016-cı il saat 07:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 15 m2 olan birmərtəbəli 1 otaqlı evdə 1 ədəd çarpayı yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.