Geri

31 iyul 2016-cı il saat 19:30-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda döyüş sursatının aşkar olunması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti hadisə yerinə cəlb olunmuşdur. Mütəxəsislər tərəfindən aşkar olunmuş mərminin döyüşə yararlı olması müəyyən edilmiş və xüsusi ayrılmış əraziyə aparılaraq zərərsizləşdirmişdir. Əməliyyat saat 15:30-da başa çatmışdır.

Geri

31 iyul 2016-cı il saat 19:15-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda dənizdə 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarmış və aidiyyati üzrə təhvil vermişlər. Əməliyyat saat 18:10-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda dənizdə 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarmış və aidiyyati üzrə təhvil vermişlər. Əməliyyat saat 18:55-də başa çatmışdır.

Geri

31 iyul 2016-cı il saat 11:45-dək, ilkin məlumata əsasən

Qobustan rayonunda ümumi sahəsi 24 m2 olan vaqon tipli otağın yanar hissələri və içərisində məişət əşyaları yanmışdır. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Daşkəsən rayonu, Alunitdağ qəsəbəsində gücü 6 kVt olan yarımstansiyanın işərisində 11 ədəd yağ açarı yanmışdır. Digər transformatorlar yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 iyul 2016-cı il saat 08:00-dək, ilkin məlumata əsasən

Ağcabədi rayonu, Salmanbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan talvarın yanar konstruksiyaları və 6 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikilər yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.