Geri

28 iyul 2016-cı il saat 21:45-dək, ilkin məlumata əsasən

Ağcabədi rayonunda vətəndaşa məxsus ümumi 71 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağının çardağının yanar konstruksiyaları 51 m2 sahədə və ev əşyaları qismən yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1956-cı il təvəllüdlü Abışov Rauf İman oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 20:44-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda 2 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 20:21-də başa çatmışdır.

Geri

28 iyul 2016-cı il saat 20:45-dək, ilkin məlumata əsasən

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 600 m2 olan tikinti materialları satışı mağazasının anbarının dam örtüyünün yanar konstruksiyaları 210 m2 sahədə və içərisində olan boyalar və tikinti materialar yanmışdır. Mağazaya bitişik ev və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 iyul 2016-cı il saat 18:45-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 16:50-də başa çatmışdır.

Geri

28 iyul 2016-cı il saat 16:00-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 8 m2 olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisində olan əşyalar yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 iyul 2016-cı il saat 13:45-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində mənzildə 2 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri  hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlıları valideynlərinə təhvil vermişlər. Əməliyyat saat 11:35-də başa çatmışdır.

Geri

28 iyul 2016-cı il saat 13:30-dək, ilkin məlumata əsasən:

Biləsuvar rayonu, Çaylı kəndində vətəndaşa məxus məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 10 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 iyul 2016-cı il saat 09:00-dək, ilkin məlumata əsasən

Cəlilabad rayonu, Göytəpə kəndində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan yardımçı tikilinin yanar konstruksiyaları 18 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 iyul 2016-cı il saat 07:45-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu qismən yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Ağköynək kəndində (rayon mərkəzindən 2 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 6 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hisssəsi və bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ikimərtəbəli ümumi sahəsi 80 kv.m olan 4 otaqlı yaşayış evinin yanar konstruksiyaları yanmışdır. Qonşu mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 iyul 2016-cı il saat 00:45-dək, ilkin məlumata əsasən

Bakı şəhərində, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan yağdəyişmə sexinin içərisində yağ qalıqları yanmışdır. Yüksək temperaturdan sexin qarşısında dayanmış vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin ön hissəsi qismən ərimişdir. Sex və avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.