Geri

28 iyul 2016-cı il saat 13:45-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində mənzildə 2 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri  hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlıları valideynlərinə təhvil vermişlər. Əməliyyat saat 11:35-də başa çatmışdır.

Geri

28 iyul 2016-cı il saat 13:30-dək, ilkin məlumata əsasən:

Biləsuvar rayonu, Çaylı kəndində vətəndaşa məxus məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 10 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 iyul 2016-cı il saat 09:00-dək, ilkin məlumata əsasən

Cəlilabad rayonu, Göytəpə kəndində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan yardımçı tikilinin yanar konstruksiyaları 18 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 iyul 2016-cı il saat 07:45-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu qismən yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Ağköynək kəndində (rayon mərkəzindən 2 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 6 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hisssəsi və bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ikimərtəbəli ümumi sahəsi 80 kv.m olan 4 otaqlı yaşayış evinin yanar konstruksiyaları yanmışdır. Qonşu mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 iyul 2016-cı il saat 00:45-dək, ilkin məlumata əsasən

Bakı şəhərində, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan yağdəyişmə sexinin içərisində yağ qalıqları yanmışdır. Yüksək temperaturdan sexin qarşısında dayanmış vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin ön hissəsi qismən ərimişdir. Sex və avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.