Geri

28 iyul 2016-cı il saat 07:45-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu qismən yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Ağköynək kəndində (rayon mərkəzindən 2 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 6 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hisssəsi və bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ikimərtəbəli ümumi sahəsi 80 kv.m olan 4 otaqlı yaşayış evinin yanar konstruksiyaları yanmışdır. Qonşu mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 iyul 2016-cı il saat 00:45-dək, ilkin məlumata əsasən

Bakı şəhərində, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan yağdəyişmə sexinin içərisində yağ qalıqları yanmışdır. Yüksək temperaturdan sexin qarşısında dayanmış vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin ön hissəsi qismən ərimişdir. Sex və avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.