Geri

28 iyul 2016-cı il saat 00:45-dək, ilkin məlumata əsasən

Bakı şəhərində, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan yağdəyişmə sexinin içərisində yağ qalıqları yanmışdır. Yüksək temperaturdan sexin qarşısında dayanmış vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin ön hissəsi qismən ərimişdir. Sex və avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.