Geri

27 iyul 2016-cı il saat 18:50-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Evə bitişik qonşu evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 iyul 2016-cı il saat 16:00-dək, ilkin məlumata əsasən:

Şəmkir rayonu, Bayramlı kəndində ümümi sahəsi 40 kv.m olan emalatxananın tavanı 15 kv.m sahədə yanmışdır. Emalatxananın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 iyul 2016-cı il saat 15:00-dək, ilkin məlumata əsasən:

Lənkəran rayonu, Boladı kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 164 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 iyul 2016-cı il saat 14:00-dək, ilkin məlumata əsasən:

Sabirabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 4 otaqlı qamışdan ibarət evin dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 iyul 2016-cı il saat 11:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 10:22-də başa çatmışdır.​

Geri

27 iyul 2016-cı il saat 02:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 01:30-də başa çatmışdır.

Geri

27 iyul 2016-cı il saat 01:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 45 m2 olan 3 otaqlı mənzilin mətbəxində televizor, mətbəx mebeli 4 m2 sahədə yanmış və yüksək temperaturdan lambirdən ibarət tavan 15 m2 sahədə ərimişdir. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Kür qəsəbəsində vətəndaşa məxsus “Qaz” markalı minik avtomobilinin mühərrikinin və salonunun yanar hissələri yanmışdır. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.