Geri

27 iyul 2016-cı il saat 11:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 10:22-də başa çatmışdır.​

Geri

27 iyul 2016-cı il saat 02:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 01:30-də başa çatmışdır.

Geri

27 iyul 2016-cı il saat 01:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 45 m2 olan 3 otaqlı mənzilin mətbəxində televizor, mətbəx mebeli 4 m2 sahədə yanmış və yüksək temperaturdan lambirdən ibarət tavan 15 m2 sahədə ərimişdir. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Kür qəsəbəsində vətəndaşa məxsus “Qaz” markalı minik avtomobilinin mühərrikinin və salonunun yanar hissələri yanmışdır. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.