Geri

30 iyun 2016-cı il saat 21:30-dək, ilkin məlumata əsasən

İlkin məlumata əsasən, Bakı şəhəri, Nizami rayonu, Maşın bazarında mağazalardan birində yanğın hadisəsi baş verib. Dərhal yanğının söndürülməsinə qüvvə və vasitələr cəlb olunmuşdur. Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Geri

30 iyun 2016-cı il saat 18:25-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1200 metr aralı, nəzarətsiz ərazidə) 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarmış və aidiyyati üzrə təhvil vermişdir. Əməliyyat saat 11:55-də başa çatmışdır; 

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qusar rayonu, Minaxuc kəndi ərazisində yerlaşən süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 75 km aralıda nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və 1995-ci il təvəllüdlü, Həsənov Abdulkərim İlham oğlunun cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:08-də başa çatmışdır.

Geri

30 iyun 2016-cı il saat 18:00-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda dənizdə 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasedicisi hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarmış və aidiyyati üzrə təhvil vermişdir. Əməliyyat saat 17:41-də başa çatmışdır.

Geri

30 iyun 2016-cı il saat 16:50-dək, ilkin məlumata əsasən

Lerik rayonu, Noda kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 5 tonu yanmışdır. Yaxınlığdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda quru ot və kol-kos 3,5 ha sahədə yanmışdır. Şam ağacları yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonu, Şahvəlilər kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 25 ton ot bağlamasının 8 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 iyun 2016-cı il saat 12:15-dək, ilkin məlumata əsasən

Göygöl rayonunda vətəndaşa məxsus  ümumi sahəsi 40 kv.m olan tövlənin yanar konstruksiyaları 25 kv.m sahədə və çardağa yığılmış 3 ton ot bağlamasının 2 tonu yanmışdır. Tövlənin qalan hissəsi və bitişik köməkçi tikli yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 4 otaqlı evin zirzəmisinə yığılmış 15 ton ot bağlamsının 3 tonu yanmışdır. Ev və ot bağlamasını qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Qovlar qəsəsbəsində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 2.5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 iyun 2016-cı il saat 09:15-dək, ilkin məlumata əsasən

Şabran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli evin girişinin tavan hissəsi 2 kv.m sahədə yanmışdır. Yanğın zamani 1 nəfər yanıq xəsarəti almış və təcili tibbi yardım tərəfindən ona yerində ilkin tibbi yardım göstərilmişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 iyun 2016-cı il saat 08:30-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 07:57-də başa çatmışdır. 

Geri

30 iyun 2016-cı il saat 04:30-dək, ilkin məlumata əsasənn

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 03:51-də başa çatmışdır.​

Geri

30 iyun 2016-cı il saat 02:30-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 600 kv.m olan mebel istehsalı sexinin dam örtüyü və içərisində olan taxta məmulatları 30 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi və içərisində olan hazır məhsullar yanğından mühafizə olunmuşdur.Yanğın saat 01:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 iyun 2016-cı il saat 00:45-dək, ilkin məlumata əsasən:

Balakən rayonu, Katex kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobilinin yanar hissələri və avtomobilin banına yığılmış 2 ton ot bağlaması yanmış, yüksək temperaturdan divara quraşdırılmış qaz sayğacı ərimişdir. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 iyun 2016-cı il saat 00:30-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində 4 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi üzrə xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:32-də başa çatmışdır.​