Göygöl rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin yanar konstruksiyaları 25 kv.m sahədə və çardağa yığılmış 3 ton ot bağlamasının 2 tonu yanmışdır. Tövlənin qalan hissəsi və bitişik köməkçi tikli yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Qazax rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 4 otaqlı evin zirzəmisinə yığılmış 15 ton ot bağlamsının 3 tonu yanmışdır. Ev və ot bağlamasını qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Tovuz rayonu, Qovlar qəsəsbəsində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 2.5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Şabran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli evin girişinin tavan hissəsi 2 kv.m sahədə yanmışdır. Yanğın zamani 1 nəfər yanıq xəsarəti almış və təcili tibbi yardım tərəfindən ona yerində ilkin tibbi yardım göstərilmişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 07:57-də başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 03:51-də başa çatmışdır.
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 600 kv.m olan mebel istehsalı sexinin dam örtüyü və içərisində olan taxta məmulatları 30 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi və içərisində olan hazır məhsullar yanğından mühafizə olunmuşdur.Yanğın saat 01:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Balakən rayonu, Katex kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobilinin yanar hissələri və avtomobilin banına yığılmış 2 ton ot bağlaması yanmış, yüksək temperaturdan divara quraşdırılmış qaz sayğacı ərimişdir. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində 4 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi üzrə xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:32-də başa çatmışdır.