Geri

30 iyun 2016-cı il saat 08:30-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 07:57-də başa çatmışdır. 

Geri

30 iyun 2016-cı il saat 04:30-dək, ilkin məlumata əsasənn

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 03:51-də başa çatmışdır.​

Geri

30 iyun 2016-cı il saat 02:30-dək, ilkin məlumata əsasən

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 600 kv.m olan mebel istehsalı sexinin dam örtüyü və içərisində olan taxta məmulatları 30 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi və içərisində olan hazır məhsullar yanğından mühafizə olunmuşdur.Yanğın saat 01:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 iyun 2016-cı il saat 00:45-dək, ilkin məlumata əsasən:

Balakən rayonu, Katex kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobilinin yanar hissələri və avtomobilin banına yığılmış 2 ton ot bağlaması yanmış, yüksək temperaturdan divara quraşdırılmış qaz sayğacı ərimişdir. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 iyun 2016-cı il saat 00:30-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində 4 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi üzrə xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:32-də başa çatmışdır.​